S1, S1P və S3 təhlükəsizlik ayaqqabıları: fərq nədir və hansını seçməli?

S1, S1P və S3 təhlükəsizlik ayaqqabıları: fərq nədir və hansını seçməli?

Qısa cavab: üçünün də barmaq hissəsi qorunur. Fərq altlıqda və suya davamlılıqdadır.

  •  S1 – quru və qapalı mühit üçündür: anbar, sex, yüngül istehsalat. Antistatikdir, daban hissəsi zərbəni yumşaldır. 
  • S1P – S1 + altlığa mismar və iti metal parçalarından qoruyucu təbəqə əlavə olunur. Tikinti və təmir işlərində bu fərq vacibdir.
  • S3 – S1P + suya davamlı üst hissə + dərin protektor. Çöl işləri, palçıq, yağış və nəm üçündür.

Bizim fikrimiz: açıq sahə, tikinti və neft-qaz obyektləri üçün S1 almağı məsləhət görmürük. Qənaət ilk yağışa qədər davam edir. Əksər obyektlər üçün S3 səhv seçim olmur. Quru sex və anbarda isə S1P adətən kifayət edir.

Alanda nəyə baxmalı:
- üzərində EN ISO 20345 işarəsi və kateqoriya (S1, S1P, S3) yazılıb;
- ölçünü günün sonunda yoxlayın, axşama doğru ayaq şişir;
- barmaq hissəsi nə sıxır, nə də boş qalır.

Nə vaxt dəyişmək lazımdır: altlıq yeyiləndə, tikişlər açılanda, güclü zərbədən sonra (kənardan görünməsə belə) və ya qoruyucu burun hissəsi əziləndə.

Ayaqqabı seçimində tərəddüd edirsinizsə, iş şəraitini bizə yazın, uyğun modeli birlikdə seçək.